Operativ Məlumat Mərkəzi

Moldovada NATO hərbçilərinin təlimləri başlayıb

2 dəq
Paylaş:
Moldovada NATO hərbçilərinin təlimləri başlayıb

Moldovada NATO alyansına üzv ölkələrin xüsusi təyinatlı bölmələrinin təlimləri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin məlumat yayıb.

Məlumatda deyilir ki, Moldovanın mərkəzlərindəki poliqonlarda Böyük Britaniya, Moldova, Rumıniya və ABŞ ordularının xüsusi təyinatlı bölmələrinin birgə təlimləri keçirilir və bu 7 aprelədək davam edəcək.

“Hərbçilər atıcılıq, paraşütlə tullanma, eləcə də səhra manevrləri üzrə təlimlər həyata keçirəcək”, - Nazirlik bildirib.

Həmçinin əlavə olunub ki, hərbi texnikanın Moldova avtomobil yollarında hərəkəti ilə bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edilib.

Qeyd edək ki, Moldovada NATO ilə əlaqələndirmə ofisi fəaliyyət göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax