Operativ Məlumat Mərkəzi

MN: Tank bölmələri şərti düşmənə yaxınlaşma, hədəflərin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

2 dəq
Paylaş:
MN: Tank bölmələri şərti düşmənə yaxınlaşma, hədəflərin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə "Operativ Məlumat...

Cari ilin hazırlıq planına əsasən, Ordusunun tank bölmələri ilə atışlı taktiki keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.

Yekunda tank bölmələri ilə döyüş atışlı təlimin ssenarisinə əsasən, düşmənə yaxınlaşma, düşmən hədəflərinin hərəkətdə və yerindən məhv edilməsi üzrə icra olunub.

Təlimin keçirilməsində əsas diqqət tank bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüşdə tank bölmələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinin təmin edilməsinə yönəldilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax