Operativ Məlumat Mərkəzi

MN-in Tibb İdarəsinin rəisi ehtiyata buraxılıb - YENİLƏNİB

1 dəq
Paylaş:
MN-in Tibb İdarəsinin rəisi ehtiyata buraxılıb - YENİLƏNİB

Müdafiə Nazirliyinin Tibb İdarəsinin vəzifəsi rəisinin müavini polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən bildirilib.

***

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı nazir əmr imzalayıb.

Əmrə əsasən, o, “ xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Nazirin digər əmri ilə idarə rəisi vəzifəsinin icrası onun müavininə həvalə edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax