Operativ Məlumat Mərkəzi

MN-in hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb

2 dəq
Paylaş:
MN-in hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, Nəzərzadə Nihad oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax