Operativ Məlumat Mərkəzi

Miqrantları daşıyan ilk təyyarə ABŞ hərbi bazasına enib

1 dəq
Paylaş:
Miqrantları daşıyan ilk təyyarə ABŞ hərbi bazasına enib

Qanunsuz miqrantları ilk təyyarə Kubanın Quantanamodakı ABŞ bazasına enib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Təyyarə Texasdan havaya qalxaraq kiçik bir qrup miqrantı Quantanamoya çatdırıb, onların arasında Venesuelada təşkil edilmiş “Tren de Aragua” transmilli cinayətkar qrupunun 10 də var.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Pentaqona və ABŞ Daxili Departamentinə Kubanın Quantanamodakı ABŞ hərbi bazasında 30 minə yaxın insanı yerləşdirə biləcək müvəqqəti miqrant saxlama mərkəzi hazırlamağı tapşırmışdı.

Quantanamo hərbi dəniz bazasının ərazisindəki həbsxana 2002-ci ildə ABŞ-ın 43-cü prezidenti Corc Buşun dövründə yaradılıb. Bu düşərgə Əfqanıstanda hərbi və digər antiterror kampaniyaları zamanı əsir düşmüş insanların yerləşdirilməsi üçün istifadə olunurdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax