Əsas məzmuna keç

MİQ üzrə növbəti apellyasiya müraciətlərinə start verilib

MİQ üzrə növbəti apellyasiya müraciətlərinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis dili, təsviri incəsənət, rus dili, biologiya, rus dili və ədəbiyyat, texnologiya, alman dili fənləri üzrə...

Müəllimlərin işə qəbulu müsabiqəsinin ingilis , təsviri incəsənət, dili, biologiya, rus dili və , texnologiya, alman dili fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, imtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

"Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək", - məlumatda qeyd edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…