Operativ Məlumat Mərkəzi

Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

1 dəq
Paylaş:
Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

və İdman Nazirliyi, Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarış sentyabrın 13-14-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olunacaq.

Çempionatda Bakıdan və Mingəçevirdən 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik uğrunda yarışacaqlar.

Qaliblər medal və diplomla mükafatlandırılacaqlar. Fərqlənən avarçəkənlər gələcəkdə yığmanın heyətinə cəlb olunmaqla yanaşı, oktyabrda təşkil ediləcək Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax