Əsas məzmuna keç

Milli Qəhrəman Riad Əhmədovun cənazəsi dəfn edilir - YENİLƏNİB - 2

Milli Qəhrəman Riad Əhmədovun cənazəsi dəfn edilir - YENİLƏNİB - 2

onun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib. Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd...

Azərbaycanın Milli Qəhrəmanı Əhmədovun nəşi edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.

Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, general-polkovnik və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak edirlər.

11:50***

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla mərasimi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.

Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.

10:34***

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.

Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra R.Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…