Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi dəfn edilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun cənazəsi İkinci Fəxri Xiyabana gətirilib.
Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak edirlər.
11:50***
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təşkil olunub.
Onun nəşi dəfn olunmaq üçün İkinci Fəxri Xiyabana aparılıb.
10:34***
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində təşkil olunub.
Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra R.Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn olunacaq.