Operativ Məlumat Mərkəzi

Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb

2 dəq
Paylaş:
Milli Məclisin sədri pakistanlı həmkarı ilə görüşüb

Milli Məclisin sədri Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Daşkənd şəhərində Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, görüşdə dost və qardaş və parlamentlərimiz arasında münasibətlərə dair geniş fikir mübadiləsi aparılıb.

Vurğulanıb ki, və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub.

Söhbət zamanı qeyd olunub ki, iki ölkənin qanunverici orqanları ölkələrimiz arasında əlaqələrin daha da inkişafına mühüm töhfə verir. Milli Məclisin sədri Sahibə Qafarova Senatın sədri ilə cari ilin fevralında Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, vurğulayıb ki, sıx təmaslar və müsbət dialoq parlamentlərimizin daha sıx əməkdaşlığına xidmət edir.

Görüşdə parlament təşkilatlarında və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub.

Senatın sədri Seyid Yusuf Rza Gilani Azərbaycanın Parlament Şəbəkəsinə sədrliyi ilə görülən işləri yüksək qiymətləndirib. O, ölkəsinin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini qeyd edərək, deyib ki, Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax