Operativ Məlumat Mərkəzi

Milli Məclisin komitə iclasında deputatlar təhsil sahəsini tənqid ediblər

2 dəq
Paylaş:
Milli Məclisin komitə iclasında deputatlar təhsil sahəsini tənqid ediblər

“Bu gün təhsil sahəsində ciddi var. Elm və ümumi və ali təhsilin idarə olunmasında öz funksiyasını tam yerinə yetirə bilmir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin aprelin 28-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, təhsil sahəsindəki proseslər çox ləng gedir: “Elmlə bağlı faktiki ciddi iş görülmür, bunu da qanunvericiliklə əsaslandırırlar. Ali təhsilin keyfiyyətində də ciddi probemlər var. Diplomu veririk, bir müddətdən sonra da deyirik ki, sizin diplomunuza güvənmirik və onları sertifikasiya edərək biliklərini yenidən yoxlayırıq”.

Deputat Etibar çıxışında müəssisələrində dərsliklərin çatışmadığını və nəşrlərin tərcüməsi üçün vəsait ayrılmadığına diqqət çəkib: “Yeni peşələrin atlası hazırlanmalıdır. Kosmetik dəyişikliklərlə hansı mütəxəssisləri hazırlaya bilərik?! Bu gün əmək bazarının tələblərinə uyğun olan kadr hazırlanmasında problemlər var”.

Komitə sədri Bəxtiyar Əliyev deputatın dərsliklərlə bağlı fikirlərinə cavab olaraq bildirib ki, Dövlət İqtisad Universiteti dərslik müəlliflərinə pul ayırır və lazımi dərsliklər pulsuz çap olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax