Əsas məzmuna keç

Milli Məclisin deputatları tətildən qayıdır, komitə iclasları başlayır

Milli Məclisin deputatları tətildən qayıdır, komitə iclasları başlayır

yaz sessiyası üzrə ilk komitə iclası yanvarın 16-na təyin edilib. Parlamentin Mədəniyyət komitəsinin yanvarın 16-da keçiriləcək iclasının gündəliyi...

Sabahdan Milli Məclisin deputatları tətildən qayıdır və komitə iclaslarının keçirilməsinə başlanılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yaz sessiyası üzrə ilk komitə iclası yanvarın 16-na təyin edilib.

Parlamentin komitəsinin yanvarın 16-da keçiriləcək iclasının gündəliyi aşağıdakı kimi müəyyənləşib:

1. Mədəniyyət komitəsində 2024-cü ilin payız sessiyası dövründə görülən işlər barədə .

2. Mədəniyyət komitəsinin 2025-ci ilin yaz sessiyası üçün nəzərdə iş planının layihəsi.

3. “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır. Bu da o deməkdir ki, qanunverici orqanın yaz sessiyasında ilk plenar iclası fevralın 3-nə təsadüf edəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…