Operativ Məlumat Mərkəzi

Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

2 dəq
Paylaş:
Milli Məclisdə Hesablama Palatasının hesabatı müzakirə edilir

Milli Məclisin bu gün keçirilən iclasında Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı müzakirəyə çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim edir.

Hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.

Hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə olunub.

Daha sonra isə deputatlar hesabatla bağlı edəcəklər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax