Operativ Məlumat Mərkəzi

Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

1 dəq
Paylaş:
Meyxanaçı və 2 qadın yanaraq öldü - FOTO

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını və xəsarət alanların kimliyi müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə saat 23 radələrində Bakı- yolunun 246-cı kilometrliyində - kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim hadisə yerində ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.

ucccccc1.jpg

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax