Operativ Məlumat Mərkəzi

Merz ölkəni “ən çətin dövrlərdən biri”ndə islahatlara çağırdı

2 dəq
Paylaş:
Merz ölkəni “ən çətin dövrlərdən biri”ndə islahatlara çağırdı

kansleri ölkənin müasir tarixinin ən ağır mərhələlərindən birini yaşadığını bəyan edərək, vəziyyətdən çıxış yolu kimi genişmiqyaslı islahatların vacibliyini vurğulayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Bundestaqda 2026-cı il federal büdcəsi ilə bağlı müzakirələrdə çıxış edən Merz bildirib:

“Biz aydın şəkildə başa düşməliyik ki, bir ölkə olaraq müasir tariximizin ən çətin dövrlərindən birini yaşayırıq. Lakin təkcə deyil, bütün Qərb dəyərlər icması bəlkə də ən ciddi sınaqla üz-üzədir”.

Kansler vurğulayıb ki, böhran Almaniyanın qlobal yönümlü iqtisadiyyatı üçün birbaşa nəticələrə səbəb olur. Onun sözlərinə görə, yalnız artıma yönəlmiş iqtisadiyyat sayəsində infrastrukturun maliyyələşdirilməsi, təminatların qorunması və həmrəylik üçün zəruri resurslar yaradılacaq.

Merz müxalifətin tənqidlərinə cavab olaraq qeyd edib ki, hökumətin həyata keçirdiyi islahatların məqsədi sosial dövləti zəiflətmək deyil, əksinə onu qoruyub saxlamaqdır: “Bu islahatları rədd edən hər kəs sosial siyasətin əsaslarını faktiki olaraq sarsıdır”, – deyə o əlavə edib.

Almaniya kansleri həmçinin, xüsusilə Yaşıllar və Sol Partiyanın hökuməti empatiya göstərməməkdə ittihamlarını əsassız adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax