Operativ Məlumat Mərkəzi

ABŞ Mərkəzi Bankından AÇIQLAMA - DOLLAR BAHALAŞDI

2 dəq
Paylaş:
ABŞ Mərkəzi Bankından AÇIQLAMA - DOLLAR BAHALAŞDI

ABŞ Mərkəzi Bankının rəhbəri Pauelin dünənki çıxışından sonra bir qədər bahalaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, birjalar Amerikada faizlərin daha böyük sürətlə endiriləcəyini gözləyirdi. Amma Pauelin açıqlaması bu gözləntiləri doğrultmadı.

Amerikada faizlərin hər dəfə 70 bəndi endirilməsi ilə bağlı idi. Paul isə açıqlamasında bu proqnozu təkzib etdi. O, ilin sonuna qədər hər dəfə 50 bənd olmaqla 2 dəfə faizləri endirəcəklərini bildirdi. Amerika mərkəzi bankının necə davranması iqtisadi göstəricilərdən asılı olacaq.

Bank rəsmisi əlavə edib ki, faizlərin endirilməsi prosesi müəyyən müddətə baş tutacaq və tələsməyə ehtiyac yoxdur. Pauelin bu açıqlamasından sonra dolların ucuzlaşmasına dair gözləntilər an azı bir müddət aradan qalxdı. Buna görə də dollar digər aparıcı valyutalara nəzərən bahalaşdı.

Qeyd edək ki, dolların ucuzlaşacağına dair yaranan gözlənti qızılı və nefti bahalaşdırmışdı. Bu açıqlamadan sonra qızılın və neftin qiymətində azalma alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax