Operativ Məlumat Mərkəzi

Mərakeşdə Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb

2 dəq
Paylaş:
Mərakeşdə Azərbaycana qarşı erməni təxribatının qarşısı alınıb

Mərakeşdə keçirilən film festivalında erməni təxribatının qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Respublikasının Krallığındakı Səfirliyindən bildirilib.

Məlumata əsasən, 11-15 sentyabr tarixlərində Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı ( Issni N'ourgh International du Film Amazigh - FİNİFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik “All I need” filminin 13 sentyabr tarixində nümayişinin planlaşdırılması nəzərdə tutulub.

Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin süjetinin ölkəmizin vaxtilə tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi “Artsax” olaraq göstərilməsi məlum olub. Həmçinin filmdə qondarma “erməni soyqırımı”na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi tərəfindən Mərakeşin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakter daşıyan “All I need” filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax