Operativ Məlumat Mərkəzi

DİM sədri: "Valideynləri ali təhsilli olanlar daha çox bal toplayırlar"

2 dəq
Paylaş:
DİM sədri: "Valideynləri ali təhsilli olanlar daha çox bal toplayırlar"

"29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan daha çox bal toplayırlar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirinin açılış mərasimində deyib.

O bildirib ki, təxminən 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər:

"Bacarıqları ölçmək də var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il biz bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlarla xüsusi bir dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax