Operativ Məlumat Mərkəzi

Məleykə Abbaszadə: "Hər bir imtahanın keyfiyyəti nəzarətçilərin gördüyü işdən asılıdır"

1 dəq
Paylaş:
Məleykə Abbaszadə: "Hər bir imtahanın keyfiyyəti nəzarətçilərin gördüyü işdən asılıdır"

Hər bir imtahanın keyfiyyəti ona edən şəxslərin işdən asılıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Şurasının sədri Məleykə Abbaszadə rəhbərləri və zal nəzarətçiləri ilə görüşündə çıxışında deyib.

Onun sözlərinə görə, mərkəzin bazasında 15 minə yaxın zal nəzarətçisi var: "Ümumilikdə isə 62 693 nəfər imtahan rəhbəri, zal nəzarətçisi və rejimi əməkdaşı sistemdə qeydiyyatdadır. Bundan başqa, 4 004 ekspert, marker və tərçüməçi var".

M.Abbaszadə bildirib ki, magistr səviyyəsi üzrə nəzarətçilərin göstərici 9 %-dir: "İstərdim ki, gələcəkdə bu say daha da artsın. A sertifikatlı müəllimlərin sayı 1 %, B sertifikatlı müəllimlərin sayı isə 16 % təşkil edir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax