Operativ Məlumat Mərkəzi

Məleykə Abbaszadə: Hazırda respublikanın 24 şəhər və rayonunda buraxılış imtahanları keçirilir

3 dəq
Paylaş:
Məleykə Abbaszadə: Hazırda respublikanın 24 şəhər və rayonunda buraxılış imtahanları keçirilir

Hazırda respublikanın 24 şəhər və rayonunda imtahanları keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə müəssisələrinə qəbul imtahanlarının başlaması ilə əlaqədar mətbuat konfrasında deyib.

“2012-ci ildən keçirilən buraxılış imtahanları bütün şəhər və rayonlarda təşkil olunur. Qəbul imtahanları isə lap əvvəllər Bakı və Naxçıvanda, daha sonra DİM-in regional bölmələrinin yerləşdiyi digər böyük şəhərlərdə, hazırda isə respublikamızın 24 şəhər və rayonunda keçirilir. Sevindirici haldır ki, Dövlət İmtahan Mərkəzi artıq Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır. Artıq işğaldan azad olunmuş bölgələrdə yaşayan abituriyentlər öz doğma torpaqlarında verirlər”, - M. Abbaszadə qeyd edib.

Həmçinin ötən ildən etibarən tələbə qəbulu aparılan Universiteti haqqında məlumat verən M.Abbaszadə 2025-ci ildə bu təhsil müəssisəsi üzrə qəbul planının 28.5% artırılaraq 1440 yerə çatdırılmasının regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və keçən il Qarabağ universitetində 1200 nəfərin qəbul edildiyini qeyd edib.

M. Abbaszadə bildirib ki, buraxılış imtahanlarında orta bal 132 baldır: "Bu, keçən ilki nəticələrlə uyğun gəlir. Təxmin edirik ki, keçən ilki kimi olacaq. Bəlkə də abituriyenylər daha yüksək nəticə göstərəcəklər. Çünki plan yerləri də fərqlidir. 2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür".

"11-ci sinfin buraxılış imtahında 2 milyondan çox yazı işi yoxlanılıb. Onların yoxlanılma prosesi suni intellektlə aparılıb. Amma hər mərhələyə suni intellektin birbaşa daxil olması mümkün deyil. Proqram səhvləri sayır. Mexaniki səhvlər də ola bilər. Ona görə tətbiqində iki proses gedir. Həmin işlər ekspert və suni intellektin süzgəcindən keçir", - o əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax