Operativ Məlumat Mərkəzi

Məhkum birgə həbsdə olduğu şəxsi azad etmək vədi ilə dələduzluq edib

2 dəq
Paylaş:
Məhkum birgə həbsdə olduğu şəxsi azad etmək vədi ilə dələduzluq edib

Həbs qətimkan tədbirinin ləğvinə kömək etmək adı ilə vətəndaşın pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq tamamlanıb.

Baş Prokurorluğun xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı Mirafiq Bəşirovun 2022-ci ilin mart ayında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında onunla saxlanılan şəxsin yaxınlarına yüksək vəzifədə işləyən tanışları vasitəsilə onun həbsdən azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verməsinə, bu yolla da həmin şəxsləri rüşvət verməyə təhrik etməklə 23.000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Mirafiq Bəşirova Cinayət Məcəlləsinin 32.4, 312.1 və (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla ) maddələri ilə ittiham elan edilərək baxılması üçün məhkəməyə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax