Əsas məzmuna keç

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Şuradan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, iclasda çıxış edən Şuranın sədri İnam...

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, iclasda çıxış edən Şuranın sədri İnam Kərimov ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində işlər barədə məlumat verib.

Bildirilib ki, standartlara uyğun təkmilləşdirilir, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənir.

İclasda məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində qarşıda duran vəzifələr də diqqətə çatdırılıb.

Daha sonra təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiyinə görə fəxri fərmanla təltif ediliblər.

İclasda həmçinin intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…