Operativ Məlumat Mərkəzi

Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub

2 dəq
Paylaş:
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub

Ədliyyə Nazirliyində Ekspertizası Şurasının avqustun 26-da ilk iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat məlumat yayıb.

Ədliyyə naziri Fərid Əhmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın üzvləri nazirinin birinci müavini Seyfulla Əzimov, müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Həsənov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Baş prokurorun müavini Elmar Camalov, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini Şahmar Məmmədov iştirak ediblər.

F.Əhmədov Məhkəmə Ekspertizası Şurasının ölkədə məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və standartlara uyğun təmin edilməsi, sahə üzrə vahid standartların hazırlanması və tətbiqi, rəqəmsallaşmanın və şəffaflığın təmin edilməsi, eləcə də kadr potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini vurğulayıb.

İclasda “Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinə dair iş qaydası”nın layihəsi müzakirə edilib. Həmçinin Məhkəmə Ekspertizası Şurasının fəaliyyətinin koordinasiyasının təmin edilməsi üçün Şuranın katibi təyin olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax