Operativ Məlumat Mərkəzi

Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

1 dəq
Paylaş:
Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir

“Bu gün Medianın İnkişaf Agentliyinin və “”un iştirakı ilə Azərbaycanda “Euronews Akademiyası” layihəsinə start veririk. Bu, son illər tariximizdə bir ilkdir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.

Natiq Məmmədli qeyd edib ki, “Euronews” ölkədə jurnalistikanın inkişafı üçün böyük imkanlar yaradacaq: “Müasir jurnalistika trendləri jurnalistlərə təqdim olunacaq, mühitdə jurnalistikanın prinsipləri ilə bağlı əhatəli təlimlər keçiriləcək. Sosial şəbəkələrin idarə olunması və rəqəmsal kontentin yaradılması ilə bağlı yeniliklər də layihə çərçivəsində jurnalistlərə öyrədiləcək. Təlimləri “Euronews”un ekspertləri həyata keçirəcək.
Belə bir layihənin reallaşdırılması media sahəsində ciddi irəliləyişə səbəb olacaq. Cəmiyyətimiz müasir xəbər konteksti ilə yaxından tanış olacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax