Operativ Məlumat Mərkəzi

Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

2 dəq
Paylaş:
Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi Qarabağa səfər çərçivəsində Kəlbəcərdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, nazir əvvəlcə Kəlbəcər rayonunda ölkə Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Nümayəndəliyin əməkdaşları ilə görüşüb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətin bərpası və inkişafı, qoyunçuluq və təsərrüfatlarının işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köç prosesinin təşkili, bu sahədə cari vəziyyət və monitorinqlərin aparılması, Kəlbəcərdə keçirilməsi nəzərdə tutulan bal festivalının təşkilati məsələləri, aqroturizm təsərrüfatlarının yaradılması məsələləri müzakirə olunub. Səfər çərçivəsində nümayəndə heyəti rayon ərazisində yeni istifadəyə verilmiş arıçılıq məhsullarının satış mağazası və aptekinin fəaliyyəti ilə tanış olublar.

Daha sonra nümayəndə heyəti Kəlbəcərdə yaylaqlara köç etmiş heyvandarlıq və arıçılıq təsərrüfatlarına baş çəkib, yaylaqların ümumi vəziyyəti, heyvanların saxlanma şəraiti, məhsuldarlıq göstəriciləri və baytarlıq tədbirləri ilə maraqlanıblar. Görüşdə iştirak edən fermerlərlə aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlər heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüb, yaylaqlara köçün təşkili ilə bağlı irəli sürüblər. Səsləndirilən təkliflər qeydə alınıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr