Əsas məzmuna keç

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

Mebel sexinin fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb

Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb. Bu...

Bakı şəhəri, rayonunda House” MMC-yə məxsus mebel sexində yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, obyektdə həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib. Bundan başqa, obyekt ərazisində yanğın su hovuzu mövcud deyil, ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, təxliyə planı mövcud deyil.

Qeyd edilib ki, obyektdə layihədən kənar taxta və polietilen materiallarla arakəsmələr quraşdırılıb, boya sexi havalandırma sistemi ilə təchiz edilməyib, mebel sexində taxta konstruksiyalı rəflər odadavamlı məhlulla hopdurulmayıb, sexin ətrafı yanar tullantılardan və quru otlardan təmizlənməyib, obyekt “İcbari sığortalar haqqında” Respublikasının Qanununa uyğun olaraq, icbari qaydada sığortalanmayıb.

Həmçinin obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - deyə məlumatda qeyd edilib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…