Operativ Məlumat Mərkəzi

Matroslara şamil olunan bir sıra normalar kursantlara da tətbiq ediləcək

2 dəq
Paylaş:
Matroslara şamil olunan bir sıra normalar kursantlara da tətbiq ediləcək

Müddətli həqiqi hərbi xidmət qulluqçuları hesab olunan əsgərlərə (matroslara) münasibətdə şamil olunan bir sıra kursantlara münasibətdə də ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna dəyişikliklər təklif edilir.

Layihə Milli Məclisin Müdafiə, və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bununla da, hərbi rütbəsi əsgər (matros) hərbi rütbəsinə bərabər tutulacaq. Belə ki, kursantlar normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələri yerinə yetirəcəklər.

Bununla bərabər, qanuna əlavə edilməsi nəzərdə tutulan 48-1-ci maddəyə görə, “Kursant” hərbi rütbəsi hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı müəssisələrində təhsil alanlara (magistratura və adyunktura səviyyələrinin proqramları üzrə təhsil alanlar istisna olmaqla) həmin təhsil müəssisələrinə daxil olduğu gündən veriləcək.

Həmin maddədə bildirilib ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olana qədər “kursant” hərbi rütbəsindən yuxarı hərbi rütbə almış hərbi qulluqçuların və hərbi vəzifəlilərin rütbələri saxlanılacaq və onlar kursantların hüquqlarından istifadə etməklə onların vəzifələrini yerinə yetirə biləcəklər.

Qanun layihəsində o da vurğulanıb ki, normativ hüquqi aktlarda nəzərdə tutulmuş hallarda “kursant” hərbi rütbəsində ehtiyata buraxılmış hərbi qulluqçuların ehtiyatda olma müddətləri əsgər və matroslar üçün müəyyən edilmiş ehtiyatda olmanın yaş hədlərinə uyğun hesablanır.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr