Operativ Məlumat Mərkəzi

Masallıda evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO

1 dəq
Paylaş:
Masallıda evdə partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Masallı rayonu, Güllütəpə kəndində fərdi evində baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 324kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax