Operativ Məlumat Mərkəzi

Mağaza və evləri qarət edən şəxs saxlanılıb

2 dəq
Paylaş:
Mağaza və evləri qarət edən şəxs saxlanılıb

Zaqatala rayonunun Mamrux kəndində 2 evdən və mağazadan oğurluq edilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Evlərə və obyektə daxil olan naməlum şəxs 8 dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min Rusiya rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri -axtarış və tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 2001-ci il təvəllüdlü Heydər saxlanılıb.

O, əməlini etiraf edib və oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib.

Faktla bağlı başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax