Operativ Məlumat Mərkəzi

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olunub

2 dəq
Paylaş:
Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olunub

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bayramı münasibətilə aztəminatlı ailələrə dəstək məqsədilə həyata keçirilən “ layihəsi çərçivəsində xeyriyyə aksiyası davam edir.

IDEA-dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nərimanov rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban paylarından ibarət qida qutuları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı (https://bizimmetbex.az/) istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax