Operativ Məlumat Mərkəzi

Lənkəranda silah-sursat və narkotik aşkarlanıb

2 dəq
Paylaş:
Lənkəranda silah-sursat və narkotik aşkarlanıb

Lənkəranda keçirilən əməliyyatlar zamanı silah- və narkotik aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində Lənkəran rayon Balıqçılar qəsəbəsinin sakini Samir Ağakişiyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən heroin və metamfetamin, yaşadığı evdən isə AK-74 markalı avtomat silahı, həmin silaha aid 1 ədəd daraq və 10 ədəd 5.45 mm çaplı patron aşkarlanaraq götürülüb.

Lənkəran şəhəri "Ləvəngi dairəsi" ərazisində xidmət aparan şöbənin dövlət bölməsinin əməkdaşları tərəfindən saxlanılan “KİA Optima” markalı avtomobilin sürücüsünün narkotik vasitənin təsiri altında olmasına dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən narkotik vasitənin sərxoşluğu altında olduğu müəyyən edilən sürücü, Masallı rayon sakini Vaqif Tağıyevin üzərinə keçirilən baxış zamanı 40 qram heroin, əlavə olaraq metamfetamin aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan “Səccad” adlı İran vətəndaşı vasitəsilə Bakı şəhəri Binə qəsəbəsi ərazisində əldə etdiyi müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax