Operativ Məlumat Mərkəzi

Lavrov Klintonun Qəddafinin ölümünə reaksiyasını xatırlatdı

1 dəq
Paylaş:
Lavrov Klintonun Qəddafinin ölümünə reaksiyasını xatırlatdı

Rusiyanın naziri ərəb jurnalistlərə ABŞ-nin keçmiş prezidenti Bill Klintonun həyat yoldaşı Hillariyə Liviya inqilabçısı və siyasətçisi Müəmmər Qəddafinin öldürülməsi ilə bağlı sevincini xatırladıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini “İzvestiya” sitat gətirib.

“Biz Qəddafinin taleyini xatırlayırıq, o, Hillari Klintonu çox sevindirdi, onun məhvini televiziyada canlı izləyib əl çaldı”, - diplomat bildirib.

Lavrov vurğulayıb ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hazırda Moskvada yaşayır, çünki o və ailəsi Suriyada “analoji fiziki məhv olmaq riski altındadır”.

Rusiyalı nazir qeyd edib ki, Əsəd və onun ailəsinə “sırf humanitar səbəblərdən” sığınacaq verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax