Operativ Məlumat Mərkəzi

KXDR Cənubi Koreyaya 310 şarla tullantı göndərib

1 dəq
Paylaş:
KXDR Cənubi Koreyaya 310 şarla tullantı göndərib

İyunun 9-dan 10-na keçən gecə ərazisinə tullantılarla doldurulmuş 310-a yaxın hava şarı buraxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bildirilib ki, polietilen torbalarda tullantı şarlara yüklənib. Hələlik analizlərə görə, heç bir təhlükəli maddə aşkar edilməyib.

KXDR liderinin bacısı Kim Yo Çenq iyunun 8-dən 9-na keçən gecə 1400 şardan istifadə edildiyini bildirmişdi. Həmin vaxt Cənubi Koreyaya 7,5 ton tullantı kağız göndərilmişdi.

Qeyd edək ki, Cənubi Koreya Şimali Koreyanın hava şarları ilə zibil göndərməsindən sonra 2018-ci il imzalanmış Koreyalararası deeskalasiya sazişini tam dayandırıb və iki ölkə arasındakı hərbi demarkasiya xətti yaxınlığında hərbi fəaliyyətləri etməyi qərara alıb. Bundan başqa, Cənubi Koreyaya sığınmış şimallılar sərhəd zonada səsgücləndiricilər vasitəsilə Şimali Koreya əleyhinə təbliğat yayımını bərpa edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax