Operativ Məlumat Mərkəzi

Kursantların buraxılması və geri qayıtması qaydaları müəyyənləşir

2 dəq
Paylaş:
Kursantların buraxılması və geri qayıtması qaydaları müəyyənləşir

Kursantların müəssisəsinin yerləşdiyi yerdən buraxılması və geri qayıtması qaydaları müəyyənləşir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı “ Respublikası Silahlı Qüvvələri Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna yeni maddələrin əlavə edilməsi təklif olunur.

Layihə Milli Məclisin Müdafiə, və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, kursantlar (gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin yerləşdiyi yerdən bölük komandiri tərəfindən yalnız hərbi and içəndən sonra buraxıla biləcəklər.

Dəyişikliklə kursantların həftələrarası istirahət və iş günü hesab edilməyən bayram günlərində növbəti günü saat 8:00-dək buraxılmalarına icazə veriləcək. Yəni 4-cü və 5-ci kursların cari qiymətləndirmədən müvəffəq qiymət alan intizamlı kursantlarının göstərilən günlərdən əlavə olaraq digər günlərdə tədris məşğələləri və müstəqil hazırlıq saatları bitdikdən sonra növbəti tədris günü saat 8:00-dək buraxılmalarına icazə verilə bilər.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax