Operativ Məlumat Mərkəzi

Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

1 dəq
Paylaş:
Küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb

Küləkli noyabrın 6-sı səhər saatlarınadək davam edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakıda və yarımadasında şimal-qərb küləyinin sürəti 14 m/s, Kəlbəcərdə 17 m/s, Şabranda 16 m/s, və Lerikdə 15 m/s təşkil edir:

"Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gündüz saatlarından etibarən küləyin güclənəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san təşkil gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur".

Xidmət rəsmisi bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları, hava proznozlarını diqqətlə izləməli, müvafiq qaydalarına riayət etməli və ehtiyatlı davranmalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax