Operativ Məlumat Mərkəzi

Küçələrdə aşkarlanan dilənçilik edən uşaqların sayı açıqlanıb

2 dəq
Paylaş:
Küçələrdə aşkarlanan dilənçilik edən uşaqların sayı açıqlanıb

Keçən il küçələrdə edən 685 uşaq aşkarlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb.

Qeyd edilib ki, hesabat ilində uşaq əməyinin istismarının qarşısının alınması üzrə həyata keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 685 uşaq, eləcə də buna şərait yaradan 232 aşkarlanıb.

Nəticədə yerli icra hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619 material göndərilib, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə nəzarətinə götürülüb. Aparılmış araşdırmalarla isə uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi faktı müəyyən edilməyib

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax