Operativ Məlumat Mərkəzi

Kreml: "Bizdə Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur”

2 dəq
Paylaş:
Kreml: "Bizdə Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur”
bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. O bildirib ki, Kreml qiyama cəhdlə bağlı bütün tərəflərin öhdəliklərini yerinə yetirəcəyinə ümid edir. D....

“Bizdə “” xüsusi hərbi şirkətinin rəhbəri Priqojinin Belarusa getməsinə dair heç bir məlumat yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, qiyama cəhdlə bağlı bütün tərəflərin öhdəliklərini yerinə yetirəcəyinə ümid edir.

D. Peskovun sözlərinə görə, qiyamın yatırılması Prezidenti Vladimir Putinin səyləri nəticəsində mümkün oldu:

“Son hadisələr göstərdi ki, cəmiyyət və siyasi qüvvələr prezidentin ətrafında birləşir”.

Kremlin sözçüsü qeyd edib ki, V. Putin Belarus Aleksandr Lukaşenko ilə hər gün danışır və addımları koordinasiya edirlər.

Qeyd edək ki, daha əvvəl Y. Priqojinin Belarusa getməsi barədə məlumat yayılmışdı. Onun təyyarəsinin paytaxt Minskdə görüldüyü iddia edilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax