Operativ Məlumat Mərkəzi

Konstitusiya Məhkəməsinin sədri beynəlxalq müşahidəçiləri seçki prosesi ilə bağlı məlumatlandırıb

2 dəq
Paylaş:
Konstitusiya Məhkəməsinin sədri beynəlxalq müşahidəçiləri seçki prosesi ilə bağlı məlumatlandırıb

Konstitusiya Məhkəməsində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın müşahidəçiləri ilə görüş keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüş zamanı sədr Fərhad Azərbaycanda seçki prosesinin ildən-ilə müasirləşdiyini qeyd edib.

O, Konstitusiya Məhkəməsinin ilə bağlı konstitusiyada və qanunlarda təsbit edilmiş səlahiyyət və funksiyaları barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçilərinin rəyləri və təklifləri seçki prosesi üçün əhəmiyyətlidir.

MDB Parlamentlərarası Assambleyanın beynəlxalq müşahidəçiləri təqdim olunan məlumata görə təşəkkürünü ifadə edərək, öz fəaliyyəti və məqsədləri barədə danışıblar. Beynəlxalq müşahidəçilər bildiriblər ki, seçkilər ərəfəsində ümumi prosesi daha dərindən öyrənmək üçün Konstitusiya Məhkəməsindəki bu görüş onlar üçün xüsusi kəsb edir.

Söhbət zamanı Azərbaycanda qarşıdakı növbədənkənar prezident seçkiləri ilə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

Fərhad Abdullayev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına əminliyini bildirib.

Görüş zamanı seçki prosesi ilə bağlı hüquqi məsələlər müzakirə olunub.

Görüşdə həmçinin Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax