Operativ Məlumat Mərkəzi

Kommunal strukturlar gecə gücləndirilmiş iş rejimində çalışıblar

1 dəq
Paylaş:
Kommunal strukturlar gecə gücləndirilmiş iş rejimində çalışıblar

Bu gün gecə saatlarından Bakı Şəhər İcra Hakimiyyətinin strukturları və aidiyyəti xüsusi, iş rejimində çalışıblar.

Bakı Şəhər İcra Hakimiyyətindən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metrostansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax