Kommunal strukturlar gecə gücləndirilmiş iş rejimində çalışıblar

Kommunal strukturlar gecə gücləndirilmiş iş rejimində çalışıblar
14.01.2024 10:14
Aa
dəq

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Bakı Şəhər İcra Hakimiyyətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, səhərə kimi xidmətlər yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metrostansiyalarının qarşısından təmizlənməsini aparıblar.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05-00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.

Həftənin ən çox oxunanları

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
DAVAMIN OXU davamın oxu

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bazar gününə olan hava proqnozu açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu