Operativ Məlumat Mərkəzi

Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

2 dəq
Paylaş:
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb

22 dekabr 2025-ci il tarixində Respublikasının naziri Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirib.

Görüş zamanı ölkələrimiz arasında mövcud siyasi dialoqun qorunub saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, eləcə də siyasi və konsulluq məsləhətləşmələrinin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) çərçivəsində Kolumbiya Respublikasının xarici işlər naziri Luis Gilberto Muriyo ilə keçirdiyi görüşü məmnunluqla xatırladaraq, bu cür təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan və Kolumbiya arasında ikitərəfli əsasda, habelə BMT, Qoşulmama Hərəkatı kimi təşkilatlar çərçivəsində çoxtərəfli müstəvidə əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov səfir Luis Fernando Kuartas Ayalanın Azərbaycan–Kolumbiya münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax