Operativ Məlumat Mərkəzi

Kolleclərə sənəd qəbulu bu gün başa çatır

3 dəq
Paylaş:
Kolleclərə sənəd qəbulu bu gün başa çatır

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 17:00-dək aparılacaq.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, DİM-in saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və edirlər (etdirirlər).

Müsabiqədə iştirak ödənişlidir.

Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat "Abituriyentin elektron ərizəsi" proqramı tərəfindən abituriyentə təqdim olunur.

İlk dəfə müraciət edən Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

şəhid ailəsinin üzvləri;

valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

məcburi köçkün statusu olan şəxslər;

I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Sənəd Qəbulu Komissiyalarının ünvanları və tələb olunan sənədlərlə elanın tam mətnində tanış olmaq mümkündür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax