Operativ Məlumat Mərkəzi

KİV: Putinin Budapeştə uçuşu riskli ola bilər

2 dəq
Paylaş:
KİV: Putinin Budapeştə uçuşu riskli ola bilər

Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Macarıstana çatdırılması bir sıra çətinliklərlə müşayiət oluna bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.

Bildirilib ki, coğrafi və siyasi baxımdan bu cür görüş üçün əlverişli yer hesab olunsa da, Putinin oraya səfəri təhlükəli ola bilər.

" Cinayət Məhkəməsinin (BCM) orderinə əsasən, Putin Macarıstana daxil olan kimi həbs olunmalıdır. Macarıstan BCM-in üzvü olsa da, rəsmi Budapeşt bu qurumu “siyasi məhkəmə” adlandıraraq ordan çıxma prosesinə başlayıb.

Bu isə Macarıstana məhkəmənin orderini faktiki olaraq nəzərə almamağa imkan verir və Putinin burada görüş keçirməsini mümkün edir. Eyni vəziyyət daha əvvəl İsrailin Benyamin Netanyahu ilə də müşahidə olunmuşdu.

Budapeştə birbaşa çatmaq isə daha mürəkkəbdir. Əgər alternativ yol seçilməzsə, yəni və Balkanlar üzərindən dolanma yolu ilə uçuş mümkün olmasa, Putin təyyarəsi Polşa, Rumıniya və Baltik dövlətlər kimi Rusiya ilə gərgin münasibətləri olan ölkələrin hava məkanından keçməli olacaq. Bu ölkələrdə təyyarənin məcburi endirilməsi və ya diplomatik insident ehtimalı mümkün ola bilər", - məlumatda qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax