Operativ Məlumat Mərkəzi

KİV: HƏMAS Qəzza ilə bağlı danışıqlarda mövqeyini yumşaldıb

2 dəq
Paylaş:
KİV: HƏMAS Qəzza ilə bağlı danışıqlarda mövqeyini yumşaldıb

İsrail və hərəkatı arasında vasitəçilər vasitəsilə aparılan danışıqlarda bu həftə əldə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti adı açıqlanmayan yüksək rütbəli ərəb diplomatına istinadən yazıb.

Nəşrin məlumatına görə, Fələstinin radikal qruplaşması Qətərin təzyiqi altında mövqeyini yumşaldıb.

arasındalı danışıqlar dalana dirəndikdən sonra bu həftə onlar arasında israilli girovlar müqabilində atəşkəsin təmin edilməsi üzrə razılaşmalarda əhəmiyyətli irəliləyiş əldə edilib.

Qeyd olunur ki, Doha HƏMAS-a təzyiq göstərib və danışıqlara yanaşma tərzi dəyişməyəcəyi halda qruplaşmanın Qətərdə yaşayan liderlərinin ölkədən qovulacağı ilə bağlı xəbərdarlıq edib.

Hazırda tərəflər Qəzza bölgəsində 150 gündən artıqdır saxlanılan israilli girovların azad edilməsi müqabilində Fələstin anklavında üç mərhələli atəşkəs razılaşmasını müzakirə edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax