Əsas məzmuna keç

Kiprdən Qəzzaya dəniz yolu ilə humanitar yardım aparan ilk gəmi yola düşüb

Kiprdən Qəzzaya dəniz yolu ilə humanitar yardım aparan ilk gəmi yola düşüb

bu barədə Kipr prezidenti Nikos Xristodulidis (Nikos Christodoulides) “X”də yazıb. Onun bu paylaşımına münasibət bildirən Avropa Komissiyasının rəhbəri...

Kipr Respublikasından Qəzzaya yolu ilə ilk gəmi yola düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kipr prezidenti Xristodulidis (Nikos Christodoulides) “X”də yazıb.

Onun bu paylaşımına münasibət bildirən Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Kipr Prezidentinə təşəkkür edib.

“Qəzzaya humanitar dəniz dəhlizinin yaradılmasında Kiprin liderliyinə görə Nikos Xristodulidisə təşəkkür edirəm. İlk gəminin yola düşməsi ümid əlamətidir. Daha çox gəmilərin onun ardınca getməsi üçün birlikdə çox çalışacağıq”,- Avropa Komissiyasının rəhbəri qeyd edib.

O vurğulayıb ki, fələstinlilərə yardımın çatdırılması üçün əllərindən gələni edəcəklər.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…