Operativ Məlumat Mərkəzi

Kim Çen In: “KXDR Koreya Respublikasını işğal etməyə hazırdır”

2 dəq
Paylaş:
Kim Çen In: “KXDR Koreya Respublikasını işğal etməyə hazırdır”

Koreya Demokratik Respublikası (KXDR) Koreya Respublikasını özünün daimi əsas hesab edir və təhlükəsizliyini tələb edən fövqəladə hallar baş verərsə, onun ərazisini etməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Kim Çen In Koreya Xalq Ordusunun yaradılmasının 76-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Bir müddət əvvəl partiyamız və hökumətimiz xalqımızın parçalanması və qarşıdurma tarixi ilə bağlı nəticələrə yekun vurub. Cənubi koreyalı marionetlərin ölkəmizin ən zərərli və dəyişməz əsas düşməni kimi müəyyən edilməsi və fövqəladə hallarda ərazilərinin işğalına milli siyasət kimi qərar verilməsi ölkəmizin gələcəkdə əbədi təhlükəsizliyi, sülh və sabitliyi üçün ağlabatan tədbirdir”, - deyə, o bildirib.

Ötən ilin dekabr plenumunda KXDR lideri bildirmişdi ki, Koreya Fəhlə Partiyası artıq Koreya yarımadasının dialoq və sülh yolu ilə birləşdirilməsinin mümkün olduğuna inanmır. O əlavə edib ki, KXDR və Koreya Respublikası nəhayət ki, bir-birinə düşmən dövlətə çevriliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax