Operativ Məlumat Mərkəzi

Kiberməkanda genişmiqyaslı məlumat sızması baş verib

2 dəq
Paylaş:
Kiberməkanda genişmiqyaslı məlumat sızması baş verib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət (XRİTDX) bu günlərdə mühitində təxminən 16 milyard istifadəçi adı və parolun yer aldığı nəhəng məlumat bazasının qeyri-qanuni şəkildə yayılması faktını xüsusi narahatlıqla qeyd edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XRİTDX dünya üzrə sahəsində aparıcı mənbələrin məlumata əsasən xəbər yayıb.

Mövcud məlumata görə, bu insident kiberməkanda indiyə qədər qeydə alınmış ən böyük məlumat sızmalarından biri hesab olunur.

“Sözügedən məlumat bazasında “Apple”, “Google”, “Facebook”, “GitHub”, “Telegram” kimi geniş istifadəçi bazasına malik platformalarla yanaşı, bir sıra sosial , VPN xidmətləri və dövlət strukturlarına dair istifadəçi məlumatları da yer alır. Bildirilir ki, bu məlumatlar çoxsaylı zərərverici proqram təminatları (“infostealer”lər) vasitəsilə toplanıb və onların əksəriyyəti ilk dəfə açıq internet mühitində aşkarlanıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə vətəndaşlara ehtiyatlı olmağı, antiviruslardan istifadə etməyi, kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi və saxta domenlər barədə məlumatları isə “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Texnologiya

Hamısına bax