Operativ Məlumat Mərkəzi

Keşlədə tanışını bıçaqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

1 dəq
Paylaş:
Keşlədə tanışını bıçaqla öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Aprelin 10-da paytaxtın rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən bildirilib.

Aparılmış istintaqla 1990-cı il təvəllüdlü Qəhrəmanovun aprelin 9-da rayonun Keşlə qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Anar Quliyevə bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Rəhman Qəhrəmanov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax