Operativ Məlumat Mərkəzi

Keniyada turist filin xortumuna spirtli içki tökdü, etiraza səbəb oldu

2 dəq
Paylaş:
Keniyada turist filin xortumuna spirtli içki tökdü, etiraza səbəb oldu

Kenyada İspaniyalı bir turistin safari bölgəsində filin xortumuna spirtli içki tökməsi böyük etirazlara səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilb ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra həm Kenya Vəhşi Qoruma , həm də xüsusi mühafizə olunan ərazilərin rəhbərləri araşdırma başladıb.

İspaniyalı turist əvvəlcə spirtli içkinin bir hissəsini içib, sonra isə qutuda qalanını filin xortumuna töküb.

"Instagram"da paylaşılan qısa müddətdə yayılıb, gələn reaksiyalardan sonra videolar silinib.

BBC-nin təhlilinə əsasən, görüntülər Keniyanın mərkəzində Laikipia bölgəsindəki Ol Jogi Qoruma Sahəsində çəkilib.

Ərazidə bir əməkdaş bildirib: “Biz belə bir şeyə heç vaxt icazə vermirik. İnsanların fillərə yaxınlaşmasına belə imkan yaratmırıq”.

Kenya Vəhşi Təbiəti Qoruma Xidmətinin sözçüsü Paul Udoto da hadisənin araşdırıldığını açıqlayıb. Sosial şəbəkələrdə isə çoxsaylı istifadəçi turisti tənqid edərək onun ölkədən çıxarılmasını tələb edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax