Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə tikinti işləri davam edir - VİDEO

2 dəq
Paylaş:
Kəlbəcərdə tikinti işləri davam edir - VİDEO

Bu gün zəngin ilə göz oxşayan, Vətənimizin ən gözəl diyarlarından olan şəhərinin günüdür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu münasibətlə rəsmi hesabında Kəlbəcərdə dayanıqlı şəhərsalma prinsipləri əsasında həyata keçirilən bərpa və quruculuq layihələrini əks etdirən videoçarx paylaşıb.

Qeyd edək ki, Kəlbəcər şəhərinin Baş planına uyğun olaraq əhalinin yüksək standartlara cavab verən mənzillərlə təmin olunması, sosial və mədəni obyektlərin tikintisi, rekreasiya zonalarının artırılması, infrastrukturun müasirləşdirilməsi, alternativ enerji mənbələrindən səmərəli istifadə kimi mühüm tədbirlər nəzərdə tutulur. Həmçinin bölgənin potensialı nəzərə alınaraq, həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə urbanizasiya prosesində yerli şəraitə uyğun innovativ və ekoloji həllər tətbiq edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax